Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Əli Mirəliyevdan mütəllibovçu deputatın qızına AĞIR CAVAB - Video

Vaxtilə, Ayaz Mütəllibovun yaxın silahdaşı olan və Ulu Öndər Heydər Əliyev dönəmində gözdən iraq düşmüş millət vəkili Ziyad Səmədzadənin qızı bəstəkar Aygün Səmədzadənin sosial şəbəkədə rayon camaatını təhqir edən statusu ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Yenicağ.az-a açıqlama verən müğənni Əli Mirəliyev xanım bəstəkarın statusunu siyasi səhv adlandırıb:

“Belə fikirləri səsləndirmək milləti parçalamaq deməkdir. Bu, çox böyük siyasi səhvdir. Rayon camaatına qurban olum. Bakılılar günorta saat 12-də yuxudan duranda, rayon camaatı sübh tezdən durub, malını otarır, taxılını əkir, bağını belləyir. Mən rayon qızları üçün ölürəm, hamısı saf, təmiz, məsumdur. Bakı paytaxtdır, rayon camaatı əkib-becərib, yetişdirdiyi mer-meyvəni, tərəvəzi gətirir, biz də alıb yeyirik. Nə pislikləri dəyib ki bizə? Bu söhbəti birdəfəlik yığışdırmaq lazımdır. İnsanları üz-üzə qoymaq olmaz. Rayonlu balalar əziyyət çəkib oxuyub, öz biliyi ilə gəlib, ali məktəblərə daxil olub. Nə rüşvət, insanlara belə böhtan atmaq olmaz”.

Xatırladaq ki, bəstəkar iyulun 1-də “Bakılılar günü”ndə status paylaşaraq, Bakıya rüşvəti rayonluların gətirdiyini iddia etmişdi:

“Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa və motal pendiri və sair gələnəcən… Və bu gün 10 yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir”.

Cəvahir Səlimqızı

Yenicag.az

www.yenicag.az

581
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM