Əli Mirəliyevdən şok etiraf: “O qadınlar üç-beş dəqiqəlikdir”

Müğənni Əli Mirəliyev həyat yoldaşı ilə bağlı etiraflar edib.

Yenicag.az-a açıqlama verən müğənni xanımının onun aparıcılıq etdiyi verilişə baxmadığını deyib:

“Həyat yoldaşım zamanında çox qısqanc olub. Amma yaşa dolandan sonra məni qısqanmır. Hərdən deyirlər ki, verilişdə qızlarla oriyental oynayırsan, deyib-gülürsən, xanımın əsəbiləşmir ki? Deyirəm yox, xanımım mənim verilişlərimə baxmır. Əsəbiləşib neyləyəcək ki? Yazıq o qədər deyib, yorulub”.

Mirəliyev dəfələrlə xanımına xəyanət etdiyini də deyib:

“O qədər xəyanət etmişəm ki… Amma cavanlıqda. Yoldaşıma da demişəm ki, o xanımlar üç-beş dəqiqəlikdir, amma sən həmişəlik. Bilib ki, sənət adamıyam, belə şeylər olar”.

Cəvahir

COP29