Əli Nağıyev general-leytenant rütbəsinə layiq görüldü

Prezident İlham Əliyev Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilsin.