Əli Qoç İntizam Şurasına verildi

Türkiyənin “Fənərbağça” futbol klubunun prezidenti Əli Qoç Peşəkar Futbol İntizam Şurasına verilib.

Yenicag.az xəbər verir ki, buna səbəb “Göztəpə”-“Fənırbağça” matçında yaşanan olaylardır.

Olaylarda “qaydalara zidd davranış” sərgilədiyi üçün Qoçun şuraya verildiyi bildirilib.

Qeyd edək ki, sözügedən matçda Əli Qoça hücum edilmişdi.

COP29