Əli Qoç yenidən Türkiyənin “Fenerbahçe” futbol klubunun prezidenti seçilib.
Yenicag.az xəbər verir ki, seçkilərdə yeganə namizəd olan 54 yaşlı funksioner 6 459 səs toplayıb.
Qeyd edək ki, Əli Qoç 2018-ci ildən İstanbul təmsilçisinin rəhbəridir.
Xatırladaq ki, “Fenerbahçe”nin sabiq prezidenti Əziz Yıldırım seçki öncəsi mətbuat konfransı keçirərək Əli Qoça sərt ittihamlar səsləndirmişdi.