Əlil arabasında idman rəqsi keçiriləcək

a3382046-0819-4346-9de1-f6ef9076786d25 iyun 2016-cı il tarixində saat 19.00-da dəniz kənarı Milli parkda Mİlli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş əlil arabasında idman rəqsi beynəlxalq festival keçiriləcəkdir.

Festivalda Ukrayna, Rusiya, Belarusiya, Kazaxistan, Gürcüstan, Almaniya və Azərbaycan idmançıları iştirak edəcəklər.

26 iyun 2016-cı il tarixində saat 14.00-da isə “Meqafun” əyləncə mərkəzində Azərbaycan Respublikası Silahlı Quvvələri gününə həsr olunmuş əlil arabası istifadəçiləri arasında boulinq idman növü üzrə beynəlxalq turnir keçiriləcəkdir.

Rəsmi tərəfdaş “Azərbaycan Hava Yolları” QSC,
Təşkilatı dəstək “Azərbayraq” şirkəti,
İnformasiya dəstəyi trend.az, day.az,milli.az