Əlil arabasında olan qadını qatara almadılar – VİDEO

Böyük Britaniya vətəndaşı “Greater Anglia” nəqliyyat şirkətindən şikayət edib.

Yenicag.az xəbər verir ki, Holli Bruks adlı qadının şikayətinə səbəb perrona minmək üçün kömək gözləyərkən, maşinistin qatarın qapısını bağlayaraq getməsi olub.

Əlil arabasında olan fiziki məhdudiyyətli qadın vağzal əməkdaşlarından pandus verilməsini istəsə də, onun tələbinə heç bir reaksiya verilməyib.

Qadın bu olayın qarşısında ciddi sarsıntı keçirib.

Britaniya mətbuatının yaydığı xəbərə görə, şirkət sərnişindən üzr istəyəcək.

+