!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əlil idmançılar arasında bouling yarışı keçiriləcək

!Reklam – Yazi

055f6b99-e291-49c8-89af-7d19ef17d9ae27 may 2016-cı il tarixində saat 11:00-da “Meqafun” əyləncə mərkəzində Bouling idman növü üzrə əlil arabası istifadəçiləri arasında IV Açıq Azərbaycan çempionatı keçiriləcəkdir.

Yarış “Əlil İdmançılara Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarının Dövlət Dəstəyi Şurasının maliyyə , Milli Paralimpiya Komitəsi və Azərbayraq şirkətinin təşkilatı dəstəyi ilə “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə” layihəsi çərçivəsində keçiriləcəkdir. Qeyd edirik ki, bu çempionatın 1 və 2-ci yerin qalibləri 26 iyun 2016–cı il tarixində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş beynəlxalq yarışa vəsiqə qazanacaqlar. Beynəlxalq turnirdə Rusiya, Gürcüstan, Belarusiya, Ukrayna, Kazaxistan və Almaniya idmançıları iştirak edəcəklər.

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv