Aparıcı Azər Zahidin əlil qazini təhqir etməsi ictimaiyyət tərəfindən qəzəblə qarşılanıb.
Yenicag.az-a açıqlama verən tanınmış rejissor Şeyx Əbdül Mahmudov aparıcının bu hərəkətini nadanlıq və vicdansızlıq adlandırıb:
“Bunun adı nadanlıqdır. Demək ki, dünyanın axırı çatıb. Tanımadığım o Azər adlı şəxs gedib o qazinin əlini-ayağını öpüb Allah qarşısında günahının bağışlanmasını diləməlidir…”
O, eyni zamanda, son zaman keçirilən xeyriyyə tədbirləri ilə də bağlı sərt tənqidi fikirlər səsləndirib.
Daha ətraflı videoaçıqlamanı təqdim edirik:
Qeyd edək ki, Azər Zahid gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə pul verərkən, “Sən onsuz da saya bilməyəcəksən”, – deyib.
Cəvahir