!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu sürücülər CƏZALANACAQLAR

!Reklam – Yazi

elilAzərbaycanda avtomobilləri park etmə qaydalarının pozulmasına və avtomobilin idarəsi zamanı əlil adından yalandan istifadəyə görə cəzalar tətbiq ediləcək.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi müzakirə olunub.

Məcəlləyə əlavə edilməsi təklif olunan 342.1.11 maddəsinə görə, “əlil” tanınma nişanından qanunsuz istifadəyə görə 40 manat məbləğində cərimə tətbiq olunacaq.

Təklif olunan 346-1.1 və 346-1.2 maddəsinə görə isə nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə, bundan başqa nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmaya görə 10 manat məbləğində cərimə tətbiq olunacaq.

Əlavə edilməsi təklif olunan 346-1.3 maddəsinə görə, əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 10 manat cərimə tətbiq ediləcək.
Əlavə edilməsi təklif olunan 346.1-4 maddəsinə görə, parklanma yerlərində icazə verilmiş, maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 10 manat məbləğində cərimə tətbiq olunacaq.

Təklif edilən 346-1.5 maddəsinə görə isə nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanmasına görə isə 20 manat məbləğində cərimə tətbiq edilir.

Layihə səsə qoyularaq qəbul olunub.

Yenicag.az

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv