Əlillərlə bağlı yeni meyarların tətbiq ediləcəyi TARİX AÇIQLANDI

“Əlilliyin müəyyən edilməsi ilə bağlı yeni meyarların 2022-ci ilin iyun ayında tətbiqi planlaşdırılır”.

Yenicag.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

O xatırladıb ki, yeni meyarlarla əlillik təyinatı insan orqanizminin funksiyalarının itirilmə faizləri ilə təyin ediləcək.