Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov əlillik təyinatlarının kəsilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Yenicag.az xəbər verir ki, o, əlillik təyinatlarının kəsilməsi ilə bağlı edilən müraciətlərin əksəriyyətinin əsassız olduğunu bildirib:
“Araşdırma zamanı məlum olur ki, əlilliyin təyin olunan müddəti başa çatıb. Həmin şəxslər yenidən müraciət etməlidir. 2020-ci ildə əlillik təyinatı ilə bağlı qiymətləndirməyə 80 mindən artıq müraciət daxil olub, cəmi 31 faizinə müsbət cavab verilib”.