Əlilliyi olan şəxslər və uşaqlarla bağlı monitorinq qrupları yaradıldı

Ombudsman Aparatında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi, Bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması üzrə monitorinq qrupları yaradılıb.

Bu barədə Yenicag.az-a Ombudsman Aparatından məlumat verilib.

Monitorinq qruplarının yaradılmasında əsas məqsəd Müvəkkilin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyaların implementasiyasının təşviqi, eyni zamanda, bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması sahəsində müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirməkdən ibarətdir.

COP29