Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Əlilliyi olan şəxslərə 23 növ reabilitasiya vasitəsi veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısının və əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, layihədə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına yeni 23 növ reabilitasiya vasitəsi də əlavə edilib.

Belə ki, tibbi göstəriş olduğu halda əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaq (motorlu araba) verilməsi də nəzərdə tutulub. Bununla bağlı həmin şəxslərə mühərrikli təkərli oturacağın idarə edilməsi bacarıqlarına yiyələnmələri üçün Nazirlik tərəfindən əvvəlcədən təlimlər təşkil ediləcək. Yeni layihədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı xüsusi fərqlənməklə sağlamlıq imkanlarını itirmiş (döyüş zamanı yaralanıb ətrafını itirmiş) əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi nəzərdə tutulur.

Reabilitasiya vasitələri sırasına əlavə edilməsi nəzərdə tutulan vasitələrin sırasına yataq xəstələri üçün çarpayı, səs, göz, diş protezləri, “danışan kitab” və s. daxildir.

www.yenicag.az

730
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100