!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əlilliyi olan şəxslərin təminatı ilə bağlı qərar: Dövlətin verəcəyi vasitələrin SİYAHISI

!Reklam – Yazi

Nazirlər Kabineti “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nı təsdiq edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı aşağıdakı kimidir:

  1. Yuxarı və aşağı ətraf protezi
  2. Yuxarı ətraf işçi protezi
  3. Yüksək texnologiyalı protez
  4. Bud üçün corab (xovlu, yun, pambıq, neylon və s.)
  5. Baldır üçün corab (xovlu, yun, pambıq, neylon və s.)
  6. Kompression və ya venoz corab
  7. Silikon içlik
  8. Dermo corab
  9. Tutor
  10. Korset
  11. Reklinator
  12. Yuxarı və aşağı ətraf üçün elastik bandaj
  13. Korreksiyaedici yumşaq bandaj və korset
  14. Yuxarı və aşağı ətraf protezlərini geyinmək üçün köməkçi vasitə
  15. Ortopedik başmaq
  16. Təkayaqlı əsa
  17. Üçayaqlı əsa
  18. Dördayaqlı əsa
  19. Qoltuqaltı ağac
  20. Dirsəkaltı ağac
  21. Reabilitasiya vasitələri üçün rezin ucluq
  22. Dördayaqlı hərəkət vasitəsi
  23. Ortopedik ayaqqabı
  24. Protez üçün ayaqqabı
  25. Rezin yanlıqlı ayaqqabı
  26. Geyinmə, soyunma və tutmaq üçün yardımçı vasitələr
  27. Oynaq endoprotezi
  28. Süd vəzi protezi
  29. Süd vəzi büsthalteri
  30. Səs protezi (səs aparatı)
  31. Diş protezi
  32. Göz protezi
  33. Eşitmə aparatı
  34. Eşitmə aparatı üçün qulaqlıq
  35. Qulaq protezi
  36. Burun protezi
  37. Sifət protezi
  38. Göz yuvasının protezi
  39. Damaq protezi
  40. Ehtiyat protezlər
  41. Yuxarı və aşağı ətraf protezləri üçün kosmetik üzlüklər
  42. Yuxarı və aşağı ətraf, onun ayrı-ayrı bölmələri üçün aparatlar
  43. Döşəkçə, ortopedik döşək və yastıq
  44. Danışan kitab
  45. Səsli tibbi tonometr
  46. Səsli termometr
  47. Kolostoma torbası
  48. Urestoma torbası
  49. Kateter
  50. Hərəkətli qaldırıcı qurğu
  51. Hidravlik çarpayı
  52. Çarpayı üçün dayaqlar
  53. Qapalı məkanda (otaqda) istifadə üçün mexaniki təkərli oturacaq
  54. Açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaq
  55. Mühərrikli təkərli oturacaq
  56. Sanitar-təchizatlı təkərli oturacaq
  57. Minik avtomobili

www.yenicag.az

798
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv