!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Əlimdəki faktları ortaya qoysam...” - Afətin eks həcisi tanınmış teleaparıcını məhkəməyə verdi - QALMAQAL

!Reklam – Yazi

Müğənni Afət Fərmanqızının keçmiş sevgilisi Rafət Əzizağaoğlu ( Roma) tanınmış teleaparıcı, jurnalist Sara Safuranı məhkəməyə verib. İlk məhkəmə iclası 13 dekabr saat 11.15-da Nəsimi rayon Məhkəməsində keçiriləcək.

Bu barədə Yenicag.az-a Sara Safura açıqlama verib:

“Məni məhkəməyə çağırıblar. Rafət Əzizağaoğlunun məni niyə məhkəməyə verdiyi ilə bağlı heç bir məlumatım yoxdur. Roma mənimlə döyüşmək istəyirsə, döyüşə hazıram. Əlimdəki faktları ortaya qoysam, Roma özü peşman olacaq. Qadınlara qarşı etdiyi dələduzluqları ona sübut edəcəm. Roma ilə bağlı məndə olduqca tutarlı faktlar var. Yəni sübut etmək mənə çətin olmayacaq. Lazım olarsa, o faktları sübut edəcək şahidləri də məhkəməyə gətirəcəm”.

Xatırladaq ki, S.Safura A.Fərmanqızının məşhur iş adamı kimi qələmə verdiyi, Hacı Roma kimi tanınan şəxsin əslində saxtakar, qadın ovçusu, alfons olduğunu açıqlayıb.

Nehru

www.yenicag.az

2968
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv