Elinanın intihar etdiyi məktəbdə müvəqqəti DİREKTOR təyinatı

Bir müddət əvvəl direktoru işdən azad olunan 162 saylı məktəbə müvəqqəti rəhbərlik Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əməkdaşına tapşırılıb.

Yenicag.az xəbər verir ki, sözügedən şəxs Yaqut Məmmədovadır. BŞTİ-dən faktı Oxu.az-a təsdiqləyiblər.

Qurumdan bildirilib ki, məktəbə hələlik təyinat olmasa da, direktor vəzifəsinin icrası Y.Məmmədovaya həvalə edilib.

O, bundan əvvəl Bakı şəhəri 20 nömrəli orta məktəbin direktoru olub.

Qeyd edək ki, bir müddət əvvəl səkkizinci sinif şagirdi Elina Hacıyevanın intiharından sonra 162 saylı məktəbin direktoru Sevinc Abbasova vəzifəsindən azad edilib. Onun barəsində cinayət işi başlanıb. Hazırda ev dustağıdır.