Elinanın intihar etdiyi məktəbdə yeni TƏYİNAT

Elina Hacıyevanın intihar etdiyi 162 saylı orta məktəbdə yeni təyinat rəsmiləşib.

Yenicag.az xəbər verir ki, sözügedən təhsil ocağına yeni direktor müavini təyin olunub.

Söhbət Arzu Nəzərovadan gedir. Nəzərova daha öncə 200 saylı məktəbdə eyni vəzifəni daşıyıb.

Qeyd edək ki, Elinanın intiharından sonra aparılan araşdırmalar nəticəsində məktəb direktoru Abbasova Sevinc Kamil qızı, tərbiyə işləri üzrə direktorun müavini Məhərrəmova Lalə Arif qızı və psixoloq Ağayeva Könül İsmayıl qızı işdən çıxarılıb.

Emin Səfərov