Metroya çəkiclə ilə daxil olaraq insanları təhdid edən şəxs yeni videosunu paylaşıb.
O, əlindəki kəsəri nümayiş etdirib və yenidən cinsi azlıqları hədələyib.
Həmin görüntüləri təqdim edirik:
*** 14:00
Bakı metrosunda əlibaltalı şəxs peyda olub.
Yenicag.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, əlində sellofana bükülmüş balta ilə gəzən şəxs cinsi azlıqları hədələyir.
O qeyd edir ki, əgər qarşısına belə bir şəxs çıxsa, baltalayacaq.
Həmin görüntüləri təqdim edirik: