Əlini yumaq istədi, həyatı bahasına başa gəldi – Faciəvi ölüm

Qazax rayonunda orta yaşlı kişi su kanalına düşərək boğulub.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndi ərazisində, Ağstafa su anbarının yaxınlığında baş verib.

İlkin məlumata görə, Nadir Bağırov ad-soyadlı şəxs ailəsi ilə bir yerdə olub. O, kanalda əlini yuyan zaman ehtiyatsızlıqdan suya yıxılıb və nəticədə boğulub. Meyit tapılaraq sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır./Report/