!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Əlixan Musayev Bakıda radikal dinçiləri toplayır" - ÇAĞIRIŞ

!Reklam – Yazi

“Azərbaycanda xəvariclərin, radikalların lideri kimi tanınan Əlixan Musayev yenidən Bakıda, Azərbaycanın bölgələrində özü kimi xəvaric, təkfirçi fikirli insanları ətrafına toplayıb, onlara dərs keçir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Axar.az-a ilahiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Əkrəm Həsənov deyib.

O bildirib ki, Ə.Musayev radikal qruplar yaratmağa çalışır:

“Radikal, xəvaric, dövlətimizə, millətimizə “kafir” deyən, Qarabağda şəhidlərimizə dil uzadan nə qədər terrorçu fikirli varsa, hamısını bir yerə toplayır. Həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həm də müxtəlif ilahiyatçılar onun radikal çağırışları ilə bağlı bəyanat yaymışdılar.

Mən özüm də belə bir bəyanat yaymışdım ki, onun haqqında ölçü götürülsün. Təəssüf ki, bütün bunlar ona dərs olmayıb. Yenə də radikal çağırışlarına sərt şəkildə davam edir. Aidiyyəti qurumların ölçü götürməsini arzu edərdik”, – Ə.Həsənov deyib.

www.yenicag.az

1047
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv