Əlixan Musayevdən illər sonra İLGİNC ETİRAF: Suriyada cihad fətvası verdiyini şəxsən təsdiqlədi – ŞOK VİDEO

Azərbaycandakı radikal dini cameənin üzdə olan nümayəndələrindən biri Əlixan Musayev 2014-cü ildə Suriyada cihad fətvası verdiyini təsdiqləyib.

Yenicag.az-ın əldə etdiyi auidomaterialda Əlixan Musayev belə bir fətva verdiyini şəxsən etiraf edib.

Əlixan Musayev bildirib ki, bu fətvanı bir qrup dindarın Suriyada gedən müharibə ilə bağlı sualına cavabında dilə gətirib və bunu deyərkən səsinin lentə alınmasına razılıq verib:

“Bu səs yazısı gizli səs yazısı deyil. 2014-cü ildə məni sevən bir qrup qardaş məndən xahiş elədi ki, onların suallarına cavab verim və səsimi yazmaq üçün də halallıq istədilər. Mən də onlara halallıq verdim.

Sual belə idi: “Suriyada gedən döyüşlər cihad sayılırmı və ora getmək olarmı?”

Mənim cavabım belə oldu: “O cümlədən də Suriyada müsəlmanları haqsızcasına öldürürlərsə, müsəlmanların gücləri yetdiyi təqdirdə özlərini müdafiə etməsi onlar üçün vacibdir. Yəni fardu-ayn”.

Məgər bu jurnalist və ya onun ağlında olanlar görsələr ki, onların anasını, bacısını, həyat yoldaşını, uşağını gözünün qarşısında öldürürlər, susacaq? Müdafiə eləməyəcək? Yer üzündə yaşayan digər müsəlmanların onlara kömək etməsi isə farduki-fayədir. Yəni müstəhəbdir. Gücü yetənlər onlara ya canı ilə, ya malı ilə, ya da, ən azı, duaları ilə kömək etməlidirlər”.

Göründüyü kimi, bu etiraf Azərbaycan mediasında davamlı olaraq gündəmə gətirilən iddianın əsassız olmadığının və Musayevin özü tərəfindən birbaşa təsdiqi kimi qiymətləndirilməlidir.

Ancaq çox maraqlıdır ki, Əlixan Musayev ölkədə olduğu müddətdə bu məlumatlar, nədənsə, müvafiq dövlət qurumlarının ya diqqətini cəlb etməyib, ya da həmin informasiyalar sadəcə ciddiyə alınmayıb. Belə olmasaydı, ölkə dindarları arasında davamlı təqfriqəçiliyi ilə tanınan Musayevin ölkədən çıxışına imkan verilməz və o, xaricdən vurğulanan fətvanı şəxsən verdiyini bu qədər rahatlıqla dilə gətirməzdi.

Eyni zamanda, xatırlatmaq yerinə düşər ki, Əlixan Musayevin illər öncə Suriyada cihadla bağlı fətva verdiyi ortaya çıxanda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı adıçəkilən şəxslə əlaqədar suala cavabında “top”u hüquq-mühafizə orqanlarına ötürmüşdü: “Əlixan Musayev və onun kimilərin çağırışları ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır”.

Əlbəttə, komitə sədrinin bu açıqlamasından bir müddət sonra Əlixan Musayevin ölkəni asanlıqla tərk etməsi təəccüb doğurmaya bilməz. Necə olur ki, Mübariz Qurbanlı “ölkədə bir nömrəli təhlükə” adlandırdığı Əlixan Musayevin nəzarətə götürülməsini təmin etmək və ölkədən rahatlıqla çıxmasını əngəlləmək üçün heç bir addım atmayıb?

Yəqin ki, əksəriyyət qoyulan bu sualların ritorik xarakterli olmadığının fərqindədir və onlara konkret cavab verilməsinin vacibliyini qəbul edir. İnanmaq istərdik ki, Azərbaycan dövlətinə meydan oxuyan, ölkə qanunlarının ziddinə olaraq Suriyada cihad elan edən, vətəndaşları həmin ölkədə döyüşməyə şirnikləndirən Əlixan Musayevin məsuliyyətdən kənarda qalmasına, eyni zamanda, ölkə ərazisini hansı şəraitdə tərk etməsinə aydınlıq gətiriləcək.

Gözləyək.

COP29