Əliyalın 123 mərtəbəli göydələnə dırmandı – FOTO

Cənubi Koreya polisi paytaxt Seulda yerləşən ölkənin ən hündür göydələninə əliyalın dırmaşan britaniyalını həbs edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb

Bildirilib ki, 24 yaşlı gənc Seulun cənubundakı 123 mərtəbəli “Lotte World Tower”ə dırmaşmağa səhər saat 5 radələrində heç bir avadanlıq olmadan başlayıb. O, 08:52-də 123-cü mərtəbənin 72-ci mərtəbəsinə çatıb.

Onu görən mühafizəçilər polisə müraciət edib. Hadisə yerinə gələn polis və xilasedicilər gənc oğlanı xilas edə biliblər.

COP29