Əliyalın ukraynalılar Rusiya əsgərlərinə meydan oxudu – VİDEO

Rusiya ordusunun nəzarətində olan Ukraynanın Berdyansk şəhərində dinc əhali etiraza qalxıb.

Yenicag.az xəbər verir ki, şəhər sakinləri inzibati binalardan birinin qarşısında dayanan Rusiya əsgərlərinə kəskin etirazlarını bildiriblər.

Əliyalın ukraynalılar silahlı əsgərlərin qarşısına çıxaraq onları evlərinə qayıtmağa çağırıblar.