Əliyar Ağayev 6 qolluq Rusiya – Çexiya matçını idarə etdi

Futbol üzrə Rusiya və Çexiya yığmaları arasında yoxlama oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, Rostovda baş tutan bu görüşü FİFA referimiz Əliyar Ağayevin rəhbərlik etdiyi azərbaycanlı hakimlər briqadası idarə edib.

Qarşılaşma 5:1 hesabıyla rusların xeyrinə başa çatıb.

Əliyar bu oyunda qonaqların qapısına bir penalti də təyin edib. İonov bu penaltidən maksimum yararlanıb. Azərbaycanlı referi Çexiya yığmasının iki futbolçusunu da sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, bu oyunda Ağayevə Rza Məmmədovla Zeynal Zeynalov kömək edib.

COP29