Əliyar Ağayev Avropa Liqasının qrup oyununa təyinat aldı

UEFA Avropa Liqasının qrup mərhələsində sentyabrın 8-də, Avstriyada keçiriləcək “Ştrum” (Qrats, Avstriya) – “Midtüllan” (Danimarka) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Yenicag.az xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.