FIFA referisi Əliyar Ağayev daha bir avrokubok qarşılaşmasında meydana çıxacaq.
Yenicag.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də Avstriyada “Zaltsburq” klubu ilə ikinci təsnifat mərhələsinin “Şkendiya” (Mekdoniya) – “Şerif” (Moldova) cütünün qalibi arasında keçiriləcək qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq.
Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.