UEFA Əliyar Ağayevə növbəti dəfə etimad göstərib.
Yenicag.az xəbər verir ki, FIFA referimiz Çempionlar Liqasına təyinat alıb.
Gənc ədalət təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 18-də və ya 19-da keçiriləcək “Rusenborq” (Norveç) – “Dundalk” (İrlandiya) oyununda hakimlik edəcək.
Norveçdəki görüşdə ona Zeynal Zeynalov və Rza Məmmədov köməklik göstərəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, Əliyar Ağayev Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyunun 29-da keçiriləcək “Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva) matçının dördüncü hakimi olacaq.