Əliyar Ağayev FİFA-nın birinci kateqoriyalı hakimlər qrupuna yüksəlib.
Yenicag.az xəbər verir ki, FİFA referisi yüksək səviyyəli idarəçiliyinə görə birinci kateqoriyaya layiq görülüb. Bu isə o deməkdir ki, təcrübəli hakim daha mühüm turnirlərə təyinat alacaq.
Qeyd edək ki, Əliyar Ağayev müstəqillik dövründə bu pilləyə yüksələn ilk azərbaycanlı hakimdi.