Azərbaycanın FIFA referisi Əliyar Ağayev Rusiya və Çexiya milli komandaları arasında yoldaşlıq oyununa təyinat alıb.
Yenicag.az-ın məlumatına görə, gənc referi sentyabrın 10-da Rostov şəhərində keçiriləcək matçın baş hakimi olacaq.
Yan xətt hakimi funksiyasını isə Zeynal Zeynalov və Rza Məmmədov yerinə yetirəcək.