“Əliyev və Sarkisyanı görüşdürmək istəyirik”

2307589

ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək istəyirlər.

Bu barədə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Həmsədrin sözlərinə görə, prezidentlərin görüşlərinin təşkil edilməsi məsələsi onun regiona səfəri zamanı müzakirə olunacaq maddələrdən biridir.

“Bildiyimə görə, dekabrın əvvəlində Ermənistanda referendum keçiriləcək. Ona görə, prezidentlərin qrafiki ilə bağlı olaraq belə bir görüş referendumdan sonra, lakin ilin sonuna kimi təşkil oluna bilər”, – Uorlik vurğulayıb.

Onun sözlərinə görə, buna qədər isə prezidentlərdən aşağı səviyyədə danışıqlar prosesini intensivləşdirmək lazımdır. Bu komissiya və ya işçi qrupu ola bilər. Bundan əlavə ATƏT-in vasitəçilik etməyə hazır olduğu xalq diplomatiyası layihələri də lazımdır(Azvision).