Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.
Bu barədə Türkiyə prezidentinin rəsmi saytında məlumat yerləşdirilib. Məlumata əsasən, görüş Bakı vaxtı ilə saat 18:00-da Mabeyn İqamətgahında keçiriləcək.
Məlumat üçün bildirək ki, aprelin 14 və 15-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı keçiriləcək. Prezidetn İlham Əliyev də toplantıda iştirak etmək üçün Türkiyəyə yollanıb.
www.yenicag.az