Əliyevlə Sarkisyanın görüşü başa çatdı

aliyevsarksyan1Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü başa çatıb. Görüş 1 saatdan artıq davam edib.

Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz tvitter səhifəsində xəbər verib.

Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan isə qeyd edib ki, təkbətək görüşdən sonra Minsk qrupu həmsədrləri və Xarici işlər nazirləri otağa dəvət olunublar.