Əllər isti, yoxsa soyuq su ilə yuyulmalıdır? – İlginc nəticə

Hər kəs siqaret, spirtli içki və sağlam qidalanmamaq kimi zərərli vərdişlərin orqanizmə mənfi təsir etdiyini bilir.

Lakin gündəlik həyatımızın bir hissəsi olan elə vərdişlərimiz var ki, onlar da sağlamlığımız üçün zərərlidir.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, alimlər əllərin isti, yoxsa soyuq su ilə yuyulmasının daha münasib olduğunu araşdırıb. Aparılan müxtəlif araşdırmalar nəticəsində isti və soyuq suyun mikrobları məhv etmək, əllərimizdəki bakteriyaları təmizləmək təsirinin eyni səviyyədə olduğu sübut edilib.

Yəni, bakteriyaların təmizlənməsində suyun hərarəti rol oynamır. Bununla belə, əllərin soyuq su ilə yuyulmasının daha faydalı olduğu öz təsdiqini tapıb. İsti suyun bakteriyaları daha yaxşı məhv etməsi haqda yayılmış fikirlər, əslində, yanlışdır.

Əllərin soyuq su ilə yuyulması daha məqbul seçimdir. Çünki əllər ilıq su ilə yuyulduqda, dəri yumşalır və dəri mikroblara qarşı daha həssas olur.

Firuzə Alimova

COP29