Saturnda böyük enerji tarazsızlığı müşahidə edilib.
Yenicag.az xarici mediaya istinadaən xəbər verir ki, bu, 2017-ci ildə Saturna düşərək vəzifəsini başa çatdıran “Cassini” peykinin topladığı datalar sayəsində mümkün olub.
Əldə edilən dataların araşdırılması nəticəsində Saturda mövsümlərdən asılı olaraq böyük enerji tarazsızlığının yaşandığı üzə çıxıb.
Alimlərin fikrincə, bu tarazsızlığın ən böyük səbəblərindən biri Saturnun orbiti ilə əlaqədardır. Bununla belə, əldə edilən yeni məlumatlar planetlərlə bağlı bilgilərdə çox böyük əskikliklərin olduğu qənaətini formalaşdırıb.