Elm adamlarını təəccübləndirən dinozavr növü kəşf edildi – FOTO

Yeni kəşf edilmiş dinozavr növü elm adamlarını təəccübləndirib.

Yenicag.az xəbər verir ki, bu barədə “PeerJ” elmi jurnalında məqalə yayımlanıb.

“Ceratopsidae” nəslinə aid olan dinozavrın fərqləndirici xüsusiyyəti böyük buynuza sahib olmasıdır.

Belə ki, “Lokiceratops rangiformis” elmi adı verilən dinozavr bu günə qədər kəşf edilmiş ən böyük buynuza sahibdir.

Bu buynuzların dinozavrın cəlbediciliyini artırdığı və partnerlərinin diqqətini çəkmək üçün istifadə etdikləri vurğulanır.

Qeyd edək ki, bu dinozavr növünün uzunluğunun 7 metr, çəkisinin isə 5 ton olduğu güman edilir.

COP29