!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Elm və Təhsil Nazirliyi buna nəzarət etməlidir…” - Tanınmış aktyordan SƏRT İRAD

!Reklam – Yazi

“Bu gün teatrla məktəb arasında əlaqə itib. Elm və Təhsil Nazirliyi bu işlərə nəzarət etməlidir…”

Bunu tanınmış aktyor Allahverdi Yolçuyev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor milli şüurun formalaşması və gələcək nəslin vətənpərvər ruhda böyüməsi üçün Elm və Təhsil Nazirliyinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib:

“Bu gün uşaqların milli şüuru formalaşmır. Bu şüurun formalaşmasında məsuliyyət məktəbin üzərinə düşür. Əvvəllər gözəl bir ənənə var idi, sənət adamları olaraq ümumtəhsil müəssisələrinə gedirdik, şagirdlərlə görüşlər keçirilirdi. Sənətdən, musiqidən, vətənpərvərlikdən danışırdıq, fikir mübadiləsi, milli ruhun formalaşdırılması istiqamətində dialoqlarımız olurdu. Bir uşağın azərbycanlı kimi formalaşdırılmasında bu görüşlər böyük əhəmiyyət daşıyırdı. Uşaqlar teatrlara gətirilirdi. Bu gün teatrla məktəb arasında əlaqə itib. Elm və Təhsil Nazirliyi bu işlərə nəzarət etməlidir. Gənc Tamaşaçılar Teatrı, Kukla Teatrı var, valideynlər uşaqlarını o teatrlara aparır. Amma aktyorun məktəblərə dəvət olunması, şagirdlərlə yaxından münasibət qurması, bir sözlə canlı təmas tam fərqlidir. Eyni zamanda, əvvəllər məktəblərdə müxtəlif dərnəklər fəaliyyət göstərirdi, ədəbiyyat gecələri keçirilirdi. Uşaq üçün boş vaxt qalmırdı ki, gedib avaralıq etsin. Bütün bunlar uşağın milli şüurunun, vətənpərvərlik hisslərinin formalaşması üçün çox vacibdir. Bu gün bu ənənələr yenidən dirçəldilməlidir”.

Cəvahir

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv