Elman Babayev yeni işə təyin olundu – Gömrük Komitəsində

Əməkdar jurnalist Elman Babayev yeni işə təyin olunub.

Yenicag.az-ın məlumata görə, E.Babayev bu gündən Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində işə başlayıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov xəbəri təsdiqləyib. O bildirib ki, Elman Babayev idarədə inspektor vəzifəsində xidmət aparacaq./Modern.az/