Elman Nəsirovun “Vikipediya”sında KURYOZ QEYD: “BDU-nu əyilə-əyilə bitirmişdir” – FOTO

Milli Məclisin deputatı Elman Nəsirovun “Vikipediya” məlumatında maraqlı qeyd diqqəti cəlb edib.

Yenicag.az xəbər verir ki, Elman Nəsirovun “Vikipediya”sındakı “Təhsili” bölümünün ilk cümləsi aşağıdakı kimi yazılıb:

“1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə əyilə-əyilə bitirmişdir”.

Xatırladaq ki, hələ 44 güünlük müharibədən əvvəl Elman Nəsirovun səsləndirdiyi “erməni əsgərləri qorxudan səngərdə əyilə-əyilə gəzir” sözləri media və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.