!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elman Rüstəmov şahmatçıların problemini həll edə bilmir? – Rəsmi açıqlama

!Reklam – Yazi

Xəbər vermişdik ki, şahmatçılarımız bir müddətdir ki, təqaüdlərini ala bilmirlər. Onlardan biri də Şahmat Olimpiadasında qızıl medal qazanan, hazırda qadın şahmatımızın lideri Gülnar Məmmədovadır. Onun təqaüdlə yanaşı ev problemi də vardı. Belə ki, şahmatçımız ona vəd olunan evi hələ də ala bilməyib. Ancaq sonradan şahmatçı Gülnar Məmmədova saytımıza açıqlamasında bildirdi ki, məsələnin həlli üçün rəhbərlik söz verib.

Məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla əlaqə saxladıq. Yeniçağ.az-a danışan qurum rəsmisi bunları deyib:

“Gülnarın məsələsinə bu il baxılacaq. O, bizə ötən ilin noyabrında müraciət edib. Mən qurum rəsmisi olaraq deyirəm ki, onun adının da mənzil alacaq şəxslərin siyahısında olması üçün əlimdən gələni edəcəm. Bildirim ki, Gülnarın adının sözügedən siyahıya salınacağı gözlənilmirdi. Çünki onun problemi noyabrın sonunda məlum oldu”.
Təqaüdlə bağlı problemə də toxunan qurum rəsmisi Elman Rüstəmovla danışılacağını bildirib:

“Bu məsələ ilə bağlı federasiyamızın rəhbəri Elman Rüstəmovla görüşməliyik. Hələ vaxt tapıb, onunla görüşə bilməmişəm. Mən sırf Şahmat Olimpiadası ilə məşğul idim. Yarış bitəndən sonra Təşkilat Komitəsinin işlərinin yekunlaşdırılması üzərində çalışdım. Ola bilsin, bir-iki günə Elman müəllimlə görüşdüm. Yaxşı bilirsiz ki, hər yerdə vəziyyət ağırdır. Kimsə maliyyə tapırsa, bunu çox çətinliklə əldə edir. Dövlətin əvvəlki kimi maliyyələşdirmək imkanı yoxdur. Ancaq yenə də mən vaxt tapıb, Elman müəllimlə görüşəcəm. Çalışacağıq ki, şahmatçıların istəyini yerinə yetirək”.

 

Aygün İlqarqızı
Yenicag.az

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv