!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elman Rüstəmovun əleyhinə səs verən deputat kimdir?

!Reklam – Yazi

Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Yenicag.az xəbər verir ki, Elman Rüstəmovun İdarə Heyətinin üzvü təyin edilməsi haqqında məsələnin əleyhinə səs verən deputat bəlli olub.

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev isə Elman Rüstəmovun əleyhinə səs verib. O, bunun səbəbini açıqlayıb:

“Çünki cənab Elman Rüstəmov elə başa düşür ki, Mərkəzi Bankın yeganə vəzifəsi manatın kursunun sabit saxlanılmasıdır. Halbuki başqa problemlər də var”, – deyə Q.Həsənquliyev əlavə edib.

Qeyd edək ki, E.Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi barədə məsələyə deputatlardan 91 nəfər lehinə, bir nəfər isə əleyhinə səs verib.

www.yenicag.az

504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv