!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Hüseynovun qətlindən 11 il keçir

!Reklam – Yazi

8901Sözü, imzası, dəsti xətti ilə seçilən, həm də bir mübarizə adamı olmuş peşəkar jurnalist Elmar Hüseynovun qətlindən 11 il keçir.

Sərt tənqidi yazıları ilə tanınan “Monitor” jurnalının mərhum baş redaktoru, 2005-ci ilin məhz bu günü evinin astanasında odlu silahla vurulub. Jurnalistə tapançadan 7 dəfə atəş açılıb. İstintaq orqanları jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar – Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini ehtimal edirlər.

2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili İşlər Nazirliyi Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.

Elmarın qanı hələ ki, yerdə qalıb. Çünki ölüdürüldüyü gündən 11 il keçsə də qatillər tapılmayıb.

Elmar Hüseynov 1967-ci ildə Bakıda anadan olub. O, jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra “Monitor” jurnalını təsis edib.(virtualaz.org)

www.yenicag.az

736
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv