!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Məmmədyarov ABŞ səfiri ilə görüşdü

!Reklam – Yazi

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Yenicag.az XİN mətbuat xidmətinə istinadən xəbər verir ki, səfir Robert Sekuta fəaliyyət müddəti ərzində Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfir Robert Sekutaya təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında enerji, iqtisadiyyat, ticarət, terrorizmə qarşı mübarizə, humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

www.yenicag.az

1325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv