Elmar Məmmədyarov Belçikaya işgüzar səfərə getdi

Bu gün Xarici işlər naziri Elmar Məmmədyarov mayın 14-də Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçiriləcək 3-cü beynəlxalq nazirlər konfransında iştirak etmək məqsədilə Brüsselə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, səfər çərçivəsində E. Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

COP29