Reklam

Reklam

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyası Hökuməti sədrinin müavini Dmitri Roqozin ilə görüşüb.

Yeniçağ.Az xəbər verir ki, E.Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Kreml divarları önündə Naməlum əsgərin abidəsi önünə əklil qoyub, onların xatirəsini yad edib.

XİN rəhbəri Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Dmitri Roqozin ilə görüşdə bu il Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu vurğulanıb və bu dövr ərzində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi məmnuniyyətlə diqqətə çatdırılıb.

Hökumətlərarası Komissiyanın Azərbaycan və Rusiya arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd olunub. Ölkələr arasında hərtərəfli əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin və humanitar təmasların xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Görüş əsnasında bir sıra sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 70
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."