Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş aprelin 15-də Moskvada keçiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan bildirib.
Onun sözlərinə görə, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.