Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Zakari Qrossu qəbul edib.
XİN-in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.
E. Məmmədyarov Z. Qrossa diplomatik fəaliyyətində uğurlar arzu edib.