Elmar Məmmədyarov Fransaya səfərə gedib

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov Fransa rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.