Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
Bu barədə Yenicag.az-a Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.
Qeyd edək ki, görüş Brüsseldə NATO-nun sammiti çərçivəsində baş tutub.