Elmar Məmmədyarov İsveçə rəsmi səfərə gedib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfərə gedib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun İsveç Kralığının xarici işlər naziri Marqot Vallström və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Azərbaycan XİN başçısının səfəri noyabrın 7-dək davam edəcək.

Qeyd edək ki, İsveç Kralığının xarici işlər naziri Marqot Vallström 2016-cı ilin fevralın 10-da Azərbaycanda səfərdə olub.

 

COP29